14:25 06-05-2020
news_image
118
FUTBOL

Futbolçular test üçün bazaya çağırıldı - La Liqada

İspaniya La Liqasında çıxış edən klublar futbolçuları bazaya çağırıb.

Apasport.az saytının məlumatına görə, məqsəd onları tibbi testdən keçirməkdir.

“Barselona” və “Real” da daxil olmaqla elita təmsilçilərinin oyunçuları gün ərzində bir-bir klubun bazasına yollanaraq koronavirus testindən keçirlər. La Liqa rəhbərliyi hər şey qaydasında olarsa həftəsonu məşqləri bərpa etməyi planlaşdırır.

Qeyd edək ki, İspaniya La Liqası XXVII turdan sonra dayandırılıb. Hazırda “Barselona” 58 xalla turnir cədvəlinə başçılıq edirsə, onun ən yaxın izləyicisi “Real” 2 xal az toplayıb.