14:53 06-05-2020
news_image
170
FUTBOL

32 milyonluq təklif - “Mançester Siti”dən

İngiltərənin “Mançester Siti” klubu yay transfer dövründə heyətini gücləndirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, UEFA-nın Maliyyə Feyr-Pleyi üzündən avrokuboklardan kənarlaşdırdığı Premyer liqa təmsilçisi daxili arenada uğur qazanmaq üçün yeni transferlərə ehtiyac duyur.

“Şəhərlilər” Fransanın “Marsel” klubunun mərkəz müdafiəçisi Bubakar Kamaraya təklif göndərməyi planlaşdırır. Mançester klubu ona görə 32 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 20 yaşlı müdafiəçi “Mançester Yunayted” və “Arsenal”ın da maraq dairəsindədir. Onun “Marsel”lə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.