16:20 06-05-2020
news_image
97
FUTBOL

“Arsenal” “Bavariya”dan futbolçu alır

İngiltərənin “Arsenal” klubu almaniyalı futbolçu transfer etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, London klubu “Bavariya”nın yetirmələsi Ancelo Ştiilleri heyətinə qatmaqda maraqlıdır.

Hazırda Münhen klubunun ikinci komandasında çıxış edən 19 yaşlı gənc yarımmüdafiəçinin istedadı “topçular”ın diqqətini çəkib. Gənclər Liqasında özünü yaxşı tərəfdən göstərən Ştillerin özü isə “Bavariya”da qalmaq istəyindədir.

Qeyd edək ki, gənc futbolçunun Almaniya klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.