17:02 06-05-2020
news_image
344
FUTBOL

Manuel Noyerin qapısına yol tapdı – həndbolçu

Almaniya millisinin və “Bavariya” klubunun futbolçusu Manuel Noyerin yeni sevgilisinin kimliyi bəlli olub.

Apasport.az saytının məlumatına görə, keçmiş həyat yoldaşı ilə boşandıqdan təxminən dörd ay sonra yeni münasibətlər quran 34 yaşlı qapıçının seçdiyi qız Anika Bisseldir.

19 yaşlı tələbə artıq Noyerin Teqernzee gölündəki evinə də köçüb. Futbolçu yeni sevgilisini anası Marita ilə də tanış edib.

Anika Manuel qədər məşhur olmasa da, idmançıdır. O, həndbol üzrə Almaniya çempionatının ikinci liqa təmsilçisi “Herrenberq”in şərəfini qoruyur.