22:51 06-05-2020
news_image
135
FUTBOL

7 həftə sonra sağaldı - Dibala

"Yuventus"un hücumçusu Paulo Dibala sağalıb.

Apasport.az saytının məlumatına görə, uzun müddətdir koronavirus xəstəliyindən əziyyət çəkən Argentina millisinin üzvünün bugünkü testi mənfi nəticələnib.

Geridə qalan 7 həftə ərzində bütün testləri müsbət nəticə verən ulduz futbolçunun 5-ci belə yoxlanışı ürəkaçan olub. Dibala özü də sosial şəbəkədəki paylaşımı zamanı "nəhayət ki, mən qazandım" paylaşımını edib.

26 yaşlı forvard tezliklə xəstəxanadan evə buraxılacaq və bir müddət təcrid vəziyyətində yaşayacaq.