00:03 07-05-2020
news_image
140
FUTBOL

“Mançester Siti” Leroy Saneni buraxmır – 40 milyona

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Leroy Sanenin Almaniya “Bavariya”sına keçidi baş tutmaya bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb iki klubun futbolçunun keçidi ilə bağlı razılıq əldə edə bilməməsidir.

Münhen təmsilçisi futbolçunu 40 milyon avroya transfer etmək istəyir. Mançesterlilər isə almaniyalının qiymətinin daha yüksək olduğu qənaətindədir.

Əgər tərəflər razılıq əldə etməsə, Sane müqaviləsinin başa çatacağı 2021-ci ilin yayına qədər Premyer Liqa klubunda qalmalı olacaq. Bundan sonra isə Leroy azad agent kimi Almaniyaya dönə bilər.

Qeyd edək ki, futbolçu koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümün böyük hissəsini zədələr üzündən buraxmalı olub.