00:17 07-05-2020
news_image
123
FUTBOL

Premyer Liqa tarixinin ən uğursuz transferləri - SİYAHI

İngiltərə Premyer Liqa tarixinin ən uğursuz transferləri sıralanıb.

Apasport.az saytının məlumatına görə, ESPN ən zəif 50 transferi dərc edib.

Tarixin ən uğursuz transferi "Sauthempton"un 1996-cı ildə yanlışlıqla heyətinə cəlb etdiyi həvəskar futbolçu Ali Dia seçilib. Üç il əvvəl "Lester"dən "Çelsi"yə keçən Daniel Drinkuoter siyahıya ikinci pillədə qərarlaşıb. İlk "3-lüy"ü 2015-ci ildə "İnter"i "Sanderlend"ə dəyişən Rikardo Alvares qapayıb.

Premyer Liqa tarixinin ən uğursuz transferləri:
1. Ali Dia ("Blayt Spartans"dan "Sauthempton"a - 1996-cı il)
2. Daniel Drinkuoter ("Lester"dən "Çelsi"yə - 2017)
3. Rikardo Alvares ("İnter"dən "Sanderlend"ə - 2015)
4. Boşko Balaban ("Dinamo" Zaqrebdən "Aston Villa"ya - 2001)
5. Adrian Mutu ("Parma"dan "Çelsi"yə - 2003)
6. Pablo Osvaldo ("Roma"dan "Sauthempton"a - 2013)
7. Andrey Şevçenko ("Milan"dan "Çelsi"yə - 2006)
8. Tomas Brolin ("Parma"dan "Lids"ə - 1995)
9. Uinston Boqard ("Barselona"dan "Çelsi"yə - 2000)
10. Mario Balotelli ("Milan"dan "Liverpul"a - 2014).

"50-liy"ə düşən məşhurlar: Aleksis Sançes ("Arsenal"dan "Mançester Yunayted"ə - 2018), Sergey Rebrov ("Dinamo" Kiyevdən "Tottenhem"ə - 2000), Ouen Harqrivs ("Bavariya"dan "Mançester Yunayted"ə - 2007), Maykl Ouen ("Real"dan "Nyukasl"a - 2005), Xuan Veron ("Latsio"dan "Mançester Yunayted"ə - 2001), Fernando Torres ("Liverpul"dan "Çelsi"yə - 2011), Anxel Di Mariya ("Real"dan "Mançester Yunayted"ə - 2014).