00:24 07-05-2020
news_image
112
FUTBOL

Sançonun transferini təxirə saldı - "Mançester Yunayted"

Dortmund "Borussiya"sının hücumçusu Ceydon Sanço daha bir il komandada qala bilər.

Apasport.az saytının məlumatına görə, gənc futbolçunun gələn ilin yayında "Mançester Yunayted"ə transferi istisna edilmir.

Koronavirus pandemiyası səbəbindən ciddi maliyyə problemi yaşayan "qırmızı şeytanlar" 20 yaşlı oyunçunu 2021-ci ildə heyətinə qatmağı planlaşdırır. Premyer Liqa təmsilçisi almanların tələbini hazırda qarşılamaq iqtidarında olmadıqlarından, bu transferi bir ilə təxirə salıblar. Təbii ki, həmin vaxta qədər heç bir klub "Borussiya"nı bu keçidə razı salmasa. Çünki hazırda "Barselona" və "Real" kimi komandalar Sançonun xidmətində maraqlıdırlar.

Qeyd edək ki, "Borussiya" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədər olan Sançonun hazırda transfer qiyməti 100 milyon avrodur.