09:00 07-05-2020
news_image
180
FUTBOL

Azərbaycanla oyunu xatırladı – Rayan Giqqz

“Futbolçularım hər şeyə layiqdirlər. Çünki seçmə mərhələdə üzərlərinə düşəni yerinə yetirdilər”.

Apasport.az saytının məlumatına görə, bunu Uels yığmasının baş məşqçisi Rayan Giqqz deyib.

Yerli mətbuata açıqlama verən 47 yaşlı mütəxəssis komandasının AVRO-2020-nin seçmə mərhələsindəki çıxışına növbəti dəfə münasibət bildirib. O, yer aldıqları E qrupunda uğurlu çıxışa görə futbolçularını tərifləyib: “Yüksək səviyyədə futbol oynamaq lazım olduqda bunu etdilər – səfərdə Azərbaycan və Slovakiyaya qarşı. Fiziki cəhətdən güclənmək və uğurlu nəticə qazanmaq lazım olduqda bunu bacardılar – evdə Xorvatiya və Macarıstana qarşı. Onlar bunu edəcəklərinə inandılar, nəticədə reallaşdırdılar”.

Qeyd edək ki, Azərbaycan, Xorvatiya, Slovakiya və Macarıstanla eyni qrupda çıxış edən Uels ikinci yeri tutaraq AVRO-2020-nin final mərhələsinə adlayıb. Britaniyalılar millimizə Kardiffdə 2:1, Bakıda isə 2:0 hesablı qalib gəlib. AVRO-2020 koronavirus pandemiyası səbəbindən gələn ilə təxirə salınıb.