09:51 07-05-2020
news_image
94
FUTBOL

Millimizin futbolçusuna yeni müqavilə təklifi – Türkiyədə

Azərbaycan millisinin futbolçusu Ufuk Budak “Altınordu”da qala bilər.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu sol cinah müdafiəçisinə yeni müqavilə təklif edib.

İzmir təmsilçisi sözləşmə müddəti mövsümün sonuna qədər olan 7 oyunçusundan 5-ni saxlamaqda maraqlıdır ki, onlardan biri də Ufukdur. Klub rəhbərliyi həmin oyunçularla gələn həftə bir araya gələrək, bunu müzakirə edəcək. 

Qeyd edək ki, Ufuk Budak “Altınordu”ya ötən ilin yayında “Boluspor”dan keçib. 30 yaşlı müdafiəçi 2011-ci ildən Azərbaycan millisində çıxış edir.