10:25 07-05-2020
news_image
101
FUTBOL

20 milyonluq təklif - “Milan”dan

İtaliyanın “Milan” klubu Memfis Depayı transfer etmək istəyir.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Fransa “Lion”unda çıxış edən hücumçu üçün 20 milyon avro ödəməyə hazırdır.

Milanın eyniadlı təmsilçisi 26 yaşlı forvardı bu ilin yayında heyətinə qatmaq niyyətindədir. Keçid baş tutsa, “Lion” 20 milyondan başqa Depayın növbəti transferindən də pay alacaq.

Qeyd edək ki, 2017-ci ildən İngiltərə “Mançester Yunayted”indən transfer olunan Memfisin “Lion”la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.