10:48 07-05-2020
news_image
446
FUTBOL

Daha 2 əcnəbi barədə qərar verildi - “Sabah”da

Cari mövsüm uğursuz nəticələrlə diqqət çəkən “Sabah”da daha 2 futbolçu ilə bağlı qərar verilib.

Apasport.az saytının məlumatına görə, Marko Deviçlə yollarını ayıran Bakı klubu müqavilə müddəti başa çatmaqda olan digər 2 əcnəbi futbolçusunu saxlamaq niyyətindədir.

Söhbət qapıçı Saşa Stamenkoviç və hücumçu Xulio Sezar Rodrigesdən gedir. Stamenkoviçin 35 yaşı olmasına baxmayaraq, baş məşqçi Jelko Sopiç onun çıxışından məmnundur. Bu üzdən rəhbərlik serbiyalı qolkiperin daha bir il qalmasını istəyir.

Qış fasiləsində “Zirə”dən gətirilən Xulio Sezara da 1 illik saziş təklif olunub. Deviçin karyerasını bitirməsi, həmçinin Ramil Şeydayevin mövsümün sonunda yenidən ölkə xaricinə yollanmaq istəyini nəzərə alan paytaxt təmsilçisi paraqvaylı hücumçunu da itirmək istəmir.

Qeyd edək ki, Saşa Stamenkoviç bu mövsüm “Sabah”ın heyətində 17 matçda 21 qol buraxıb, Xulio Sezar Rodriges isə 6 görüşdə iştirak edib.