10:57 07-05-2020
news_image
108
FUTBOL

“Lester” üçün almaniyalı müdafiəçi

İngiltərənin “Lester” klubu müdafiə xəttini gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi bu mövqeyə Robin Qosensi almağı planlaşdırır.

İtaliyanın “Atalanta” klubunda çıxış edən almaniyalı artıq bu yay komandasını İngiltərə təmsilçisinə dəyişə bilər. Həm də “Lester”in Qosensi heyətində görmək istəyən yeganə klub deyil. “Çelsi” də alman müdafiəçiyə elçi düşüb.

Qeyd edək ki, Robin koronavirus pandemiyası üzündən dayanan cari mövsümdə A seriyasında 22 oyunda 7 qol vurub.