13:50 07-05-2020
news_image
96
FUTBOL

“Leypsiq”in baş məşqçisi “Nyukasl”ın hədəfində

İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi postuna namizədlər siyahısında yer alan daha bir mütəxəssisin adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Yulian Naqelsman da klubun Səudiyyə Ərəbistanından olan yeni sahiblərinin tərtib etdiyi siyahıya daxil edilib.

O, Massimiliano Alleqri, Rafael Benites və Maurisio Poçettinodan sonra namizədliyi nəzərdən keçirilən 4-cü mütəxəssisdir. Naqelsman hazırda Almaniyanın “Leypsiq” klubunu çalışdırır. O, 2019-cu ildən bu vəzifədədir.

Qeyd edək ki, “Leypsiq” Bundesliqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.