14:25 07-05-2020
news_image
153
FUTBOL

“Real”da yeni müqavilə - qiyməti 200 milyon oldu

“Real”ın yarımmüdafiəçisi Kasemironun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü “kral klubu” ilə yeni müqavilə imzalayacaq.

Tərəflər arasında bununla bağlı danışıqlar artıq yekunlaşıb. Razılığa əsasən, 28 yaşlı dayaq yarımmüdafiəçisinin müqavilə müddəti 2023-cü ilin yayına qədər uzadılacaq. Maaşı artırılacaq futbolçunun sərbəst qalma məbləği isə müqavilədə 200 milyon avro kimi göstəriləcək.

Qeyd edək ki, Kasemiro 2013-cü ildən “Real”da çıxış edir.