16:01 07-05-2020
news_image
116
FUTBOL

Premyer Liqanı tərk edən olacaq?

İngiltərə Premyer Liqasının koronavirus pandemiyası üzündən dayandırılan mövsümün bərpasından sonra aşağı dəstəyə düşmək prinsipini ləğv edə bilər.

Apasport.az saytlının məlumatına görə, buna səbəb turnir cədvəlinin aşağı hissələrində qərarlaşan komandaların tələbidir.

Premyer Liqa rəhbərliyi çempionatı neytral meydandakı oyunlarla yekunlaşdırmaq istəyir. Bu isə Çempionşipə yuvarlanmaq təhlükəsi olan klubların ev matçlarındakı üstünlükdən məhrum edir. Komandalar aşağı düşmək prinsipi ləğv olunmasa, neytral meydanda oynamaqdan imtina etmək istəyir.

Premyer Liqa isə klubların istəyini nəzərə almaq fikrindədir. Amma Futbol Assosiasiyası bununla razı deyil. Bu səbəbdən assosiasiyanın Premyer Liqanın mümkün qərarına qadağa qoya bilər.