17:48 07-05-2020
news_image
61
FUTBOL

“Lautaronun “Barselona”ya keçidi müzakirə olunur” – “İnter” rəsmisi

“İnter”in direktoru Beppe Marotta komandanın hücumçusu Lautaro Martinesin “Barselona”ya mümkün transferinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, klub rəsmisi argentinalı forvardın İspaniya təmsilçisinə keçəcəyini istisna etməyib.

Marotta bunun üçün kataloniyalılardan sərfəli təklif gözlədiklərini vurğulayıb: “Lautaronun keçidi məsələsi ilə bağlı danışıqlar hər iki klub arasında davam edir. Əgər “Barselona” onun sərbəstqalma məbləğini tam ödəyə bilmirsə, o zaman bizə sərf edə biləcək alternativ təklif etməlidir”.

Qeyd edək ki, 22 yaşlı hücumçunun sərbəst qalma məbləği 111 milyon avrodur.