22:32 07-05-2020
news_image
117
FUTBOL

5 əvəzetməyə “hə” dedi - La Liqa

İspaniya Kral Futbol Federasiyası milli yarışlarda 5 əvəzetmədən istifadə olunması təklifi irəli sürüb.

Apasport.az saytının məlumatına görə, La Liqa bu təklifi dəstəkləyib.

Bu addım koronavirus pandemiyası üzündən məşq və oyunlardan kənar qalan futbolçuların yarışların bərpası zamanı sağlamlığını qorumağa xidmət edir. FİFA və UEFA-nın da təklif kimi irəli sürdüyü bu yenilik Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, bu qaydanın 1 il ərzində qüvvədə olacağı gözlənilir.