23:21 07-05-2020
news_image
259
FUTBOL

Bombardiri açıqlandı - Liqa1-in

Fransa Liqa1-də mövsümün bombardiri elan edilib.

Apasport.az saytının məlumatına görə, bu ada PSJ-nin hücumçusu Kilian Mbappe layiq görülüb.

Koronavirus pandemiyası səbəbindən XXVIII turdan sonra mövsüm başa çatdırıldığından Mbappe ilə "Monako"nun hücumçusu Vissam Ben Yedder eyni sayda fərqləniblər - 18. Hər iki futbolçunun məhsuldar ötürmə sayı da eyni olub (5). Lakin Ben Yedder toplardan 3-nə penaltidən imza atıbsa, Mbappe hamısını oyun epizodundan vurub. Həmçinin Ben Yedder bu saya çatmaq üçün 26, Mbappe isə 20 matçda meydana çıxıb. Bunları nəzərə alan Liqa1 rəhbərliyi Mbappeni mövsümün bombardiri seçib.

Qeyd edək ki, Liqa1-in 68 xalla lideri olan PSJ mövsümün çempionu elan olunub.