23:43 07-05-2020
news_image
86
FUTBOL

“Torino” baş məşqçisini göndərir – potensial əvəzləyici də bəllidir

İtaliyanın “Torino” klubunda baş məşqçi dəyişikliyi olacaq.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, koronavirus pandemiyası üzündən dayandırılan mövsümün fasilə ərəfəsindəki son oyunlarındakı uğursuzluq klub rəhbərliyini belə addım atmağa vadar edib.

Bu səbəbdən A seriyası təmsilçisi Moreno Lonqonu istefaya göndərməyə hazırlaşır. Baxmayaraq ki, çalışdırıcı yalnız fevralın 4-də bu posta təyin olunub.

Onu “Milan”ın sabiq baş məşqçisi Marko Campalonun əvəzləyəcəyi bildirilir. O, Lonqonu əvəzləməyə əsas namizədlərdən biridir.

Lakin Campaolonun “Milan”la müqaviləsinin müddəti başa çatmayıb. Bu səbəbdən də mütəxəssis sabiq klubunun razılığını almalıdır.

Qeyd edək ki, Campolo variantı alınmasa, “Torino” digər namizədlərin təyinatını götür-qoy edəcək. Bunlar Leonardo Sempliçi və Davide Vaqnatidir.