00:00 08-05-2020
news_image
173
FUTBOL

Mövsümün futbolçusu bəlli oldu - Premyer Liqada

İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, BBC-nin oxucuları ilə apardığı sorğunun qalibi "Liverpul"un yarımmüdafiəçisi Cordan Henderson seçilib.

İngiltərə millisinin üzvü respondentlərin 23 faiz səsini toplayaraq hamını qabaqlayıb. İkinci yeri onun komanda yoldaşı Sadio Mane (17 faiz) tutub. İlk "3-lüy"ü isə 14 faizlə "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne qapayıb.

Eyni zamanda, mövsümün simvolik komandası bəlli olub ki, "Liverpul"un 7 futbolçusu bura düşüb.

Qeyd edək ki, Cordan Henderson bu mövsüm Premyer Liqada 25 matçda 3 qol, 5 assistlə yadda qalıb.