10:31 08-05-2020
news_image
268
FUTBOL

Klubundan ayrılır - “Qarabağ”ın istədiyi qapıçı

“Qarabağ”ın yenidən heyətinə qatmaq istədiyi Asmir Beqoviçin “Milan”dakı aqibəti müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı qolkiper İtaliya klubunda qalmayacaq.

“Rossonyerlər” qış fasiləsində icarəyə götürdükləri Bosniya və Herseqovina millisinin üzvünü saxlamaqda maraqlı deyil. Bu üzdən Beqoviç mövsümün sonunda müqavilə ilə məxsus olduğu “Bornmut”a qayıdacaq. Lakin onun Premyer Liqa təmsilçisində qalıb-qalmayacağı təkliflərdən asılı olacaq.

Qeyd edək ki, Asmir Beqoviç cari mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib.