12:52 08-05-2020
news_image
99
FUTBOL

Prezidentlə baş məşqçi arasında fikir ayrılığı – “Barselona”da

“Barselona”nın yarımmüdafiəçi Filipp Koutinyo ilə bağlı məsələ klub daxilində problemə yol açıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Kike Setyen hazırda “Bavariya”da icarə əsasında çıxış edən braziliyalının gələn mövsüm ixtiyarında olmasını istəsə də, prezident Xosep Bartomeu buna qarşıdır.

Bartomeu 27 yaşlı “sambaçı”nı ən pis halda yenidən icarəyə vermək istəyir ki, bu da fikir ayrılığına səbəb olub. Klub prezidenti Koutinyonu komandadan göndərməklə ilk növbədə onun 12 milyon funt-sterlinqlik maaşından qurtulmaq niyyətindədir.

Bundan əlavə, futbolçu Kataloniya klubunun heyətində daha 24 matçda meydana çıxsa, ispanlar “Liverpul”a 17 milyon funt-sterlinq ödəməli olacaq. Çünki transfer zamanı Koutinyonun 100 oyunluq limitə çatması zamanı ingilislərə əlavə ödənişin edilməsi bəndi müqaviləyə əlavə edilmişdi.

“Barselona”nın 70 milyon funt-sterlinqə satmağı planlaşdırdığı Koutinyo hazırda “Çelsi”, “Tottenhem”, “Everton” və “Nyukasl”ın maraq dairəsindədir.