14:30 08-05-2020
news_image
268
TOP OYUNLARI

Millətlər Liqasının oyunları ləğv olundu

Voleybol üzrə Millətlər Liqasının 2020-ci ildəki oyunları ləğv edilib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Voleybol Federasiyası (FİVB) verib.

Buna koronavirus pandemiyası səbəb olub. Öncədən turnirin matçları Tokio-2020 Yay Olimpiya Oyunlarının sonunadək, sonradan isə 2021-ci ilin axırına təxirə salındığı bildirilsə də, qurum ləğv qərarına üstünlük verib.

FİVB prezidenti Ari Qrasa bu addıma aydınlıq gətirərək bildirib ki, belə vəziyyətdə bu turnirin təşkili məsuliyyətsizlik olardı. O, 2021-ci ildə oyunların daha maraqlı olacağına ümid etdiyini dilə gətirib, idmançıları yeni turnirə hazırlaşmağa çağırıb.

Qeyd edək ki, kişi və qadınlar arasında 2018-ci ildən təşkil olunun Millətlər Liqasında Azərbaycan yığmaları mübarizə aparmır.