14:55 08-05-2020
news_image
185
FUTBOL

39 yaşlı ulduz futbolçudan yeni müqavilə

Argentinanın “Nyuells Old Boyz” klubunun veteran futbolçusu Maksi Rodriges karyerasını bitirmək fikrində deyil.

Apasport.az saytının məlumatına görə, 39 yaşlı yarımmüdafiəçi daha bir il oynamaq qərarına gəlib.

Bu səbəbdən Argentina millisinin sabiq üzvü klubu ilə müqavilə müddətini daha 1 il uzadıb. Ötən mövsüm 24 matçda 6 qol vuran hücumameyilli oyunçunun çıxışı klubun bu addımı atmasına şərait yaradıb.

Qeyd edək ki, karyerasına 1999-cu ildə “Nyuells Old Boyz”da başlayan Maksi Rodriges İspaniyada “Espanyol”, “Atletiko”, İngiltərədə isə “Liverpul”un formasını geyinib.