22:03 08-05-2020
news_image
199
FUTBOL

Koronavirus aşkarlandı - "Atletiko"nun futbolçusunda

İspaniyada koronavirus infeksiyasına yoluxan futbolçulardan birinin adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bu, "Atletiko"nun müdafiəçisi Renan Lodidir.

22 yaşlı braziliyalının testi müsbət nəticə verib. Bu üzdən cinah oyunçusu Madriddəki evində karantinə alınıb və həkim nəzarətinə götürülüb. Lodinin özünü yaxşı hiss etdiyi açıqlanıb. O, cari mövsüm "Atletiko"nun heyətində 33 matçda meydana çıxıb.

Qeyd edək ki, bu gün La Liqada 3, Sequndada isə 2 futbolçunun koronavirusa yoluxduğu açıqlanıb.