22:31 08-05-2020
news_image
148
FUTBOL

100 milyonluq təklif - "Nyukasl"dan

Rəhbər dəyişikliyindən sonra ulduz futbolçulara elçi düşən "Nyukasl"ın almaq istədiyi oyunçulardan biri də "Napoli"nin müdafiəçisi Kalidu Kulibalidir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi keçidin reallaşması üçün neapollularla danışığa başlayıb.

"Sağsağanlar" mərkəz müdafiəçinin transferi müqabilində 100 milyon avro təklif edib. Bu isə "Mançester Yunayted" və "Çelsi"nin təklifindən daha sərfəlidir. Çünki bu klublar 65 milyon avro ödəmək iqtidarındadırlar. Yeganə problem Kulibalinin Çempionlar Liqasında oynayan kluba keçmək istəməsidir. "Nyukasl" rəhbərliyi oyunçunu razı salmağa çalışır.

Kulibali ilə yanaşı, "Napoli"nin hücumçusu Dris Mertens də "Nyukasl"ın formasını geyinə bilər. Belçikalının müqavilə müddəti bu yay başa çatdığından, keçidin reallaşmasında heç bir maneə yoxdur.