22:52 08-05-2020
news_image
123
FUTBOL

İki həftə sonra qayıdır - "Real"ın hücumçusu

"Real"ın hücumçusu Eden Azar zədəsini tam sağaldıb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu artıq bərpa prosesinə başlayıb.

Əməliyyatdan sonrakı dövrü uğurla başa vuran 29 yaşlı forvard fərdi məşqlər edir. Martda ABŞ-da əməliyyat olunan Belçika millisinin üzvü iki həftə sonra kollektivlə birgə məşqlərə qatıla biləcək.

Qeyd edək ki, Eden Azar cari mövsüm iki dəfə zədə aldığından cəmi 10 oyunda "Real"ın formasını geyinə bilib.