00:01 09-05-2020
news_image
188
FUTBOL

PSJ-də qala bilər - bir şərtlə...

PSJ müqavilə ilə "İnter"ə məxsus olan Mauro İkardini birdəfəlik transfer edə bilər.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi yalnız bir şərtlə bunun mümkünlüyünü qarşı tərəfə bildirib.

Tərəflər arasındakı anlaşmaya əsasən, PSJ hazırda icarə əsasında formasını geyinən İkardini mövsümün sonunda 70 milyon avroya transfer edə bilər. Ancaq bunu yüksək hesab edən Paris təmsilçisi müəyyən məbləğ və transfer dəyəri 20 milyon avro olan Yulian Draksleri təklif edib.

"İnter" isə fransızların müdafiəçiləri Toma Menye və Leven Kurzavanın xidmətində maraqlıdır.