00:09 09-05-2020
news_image
166
FUTBOL

"Çelsi"yə qayıdacaq - İvanoviç

"Zenit"in kapitanı Branislav İvanoviç "Çelsi"yə qayıdacaq.

Apasport.az saytının məlumatına görə, serbiyalı futbolçu mövsümün sonunda karyerasını başa vuraraq, "zadəganlar"a qoşulacaq.

36 yaşlı müdafiəçinin yeni vəzifəsi "Çelsi"nin sərifi olmaqdır. O, hazırda London klubunda çalışan keçmiş komanda yoldaşı və dostu Petr Çexdən təklif alıb. İvanoviç Premyer Liqa təmsilçisinin Rusiya ilə Serbiya üzrə səfiri təyin olunacaq və bu ölkələrdə skautlara kömək edəcək.

Qeyd edək ki, Branislav İvanoviç 2008-2017-ci illərdə "Çelsi"nin şərəfini qoruyub.