10:26 09-05-2020
news_image
138
FUTBOL

Bir mövqeyə 2 namizəd - "Roma"da

"Roma" klubu mərkəz müdafiəçisi axtarışına çıxıb.

Apasport.az saytının məlumatına görə, İtaliya təmsilçisi "Mançester Yunayted"dən icarəyə götürdüyü Kris Smollinqi transfer edə bilməsə, ona alternativ olan iki oyunçu müəyyənləşdirib.

"Canavarlar" bu halda "Liverpul"lu Deyan Lovren və "Barselona"lı Jan-Kler Todibo ilə danışığa başlayacaq. Paytaxt klubu iki futbolçudan birini heyətinə qatmağa çalışacaq. 

"Liverpul"da ehtiyata məhkum olan Lovren cari mövsüm ümumilikdə 14 matçda iştirak edib. Todibo isə hazırda icarə əsasında "Şalke"nin formasını geyinir.