11:24 09-05-2020
news_image
215
FUTBOL

Merih Demirala elçi - Fransadan

Gələn mövsüm çempionluğa oynamaq istəyən "Lion" heyətini gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Fransa təmsilçisi ilk olaraq problemli olan müdafiə xəttinə əl gəzdirəcək.

Liqa1 klubu müdafiənin mərkəzi üçün geniş siyahı hazırlayıb. Komandanın transfer etmək istədiyi futbolçular arasında "Yuventus"un müdafiəçisi Merih Demiral da var. Onunla yanaşı, siyahıda Robson Bambu ("Atletiko Paranaense"), Aissa Mandi ("Betis"), Maraş Kumbulla ("Verona") və Kevin Akpoqumanın ("Hoffenhaym") adı yer alır.

Qeyd edək ki, Merih Demiral "Yuventus"a ötən il "Sassuolo"dan keçib.