11:28 09-05-2020
news_image
1555
FUTBOL

“Neftçi” Mustivarı razı sala bilmir - Premyer Liqadan təkliflər var

"Neftçi" yarımmüdafiəçisi Soni Mustivarla yollarını ayıra bilər.

Apasport.az saytının məlumatına görə, Haiti millisinin üzvü rəhbərliklə yeni müqavilə məsələsində ortaq məxrəcə gələ bilmir.

30 yaşlı orta sahə oyunçusunu narahat edən əsas məqam "ağ-qaralar"da əsas heyətdə möhkəmlənə bilməməsidir. Baş məşqçi Füzuli Məmmədov onun təcrübəsinə arxalanaraq qalmasını istəsə də, Mustivar buna tərəddüd edir.

Futbolçu "Neftçi"dən ayrılsa belə, karyerasını ölkəmizdə davam etdirmək imkanı var. Çünki Premyer Liqa klubları onun xidmətində maraqlıdır. Konkret olaraq "Sabah" və "Zirə" bu mübarizədə rəqib olsalar da, Mustivar bunun üçün fədakarlıq etməli olacaq. Çünki adıçəkilən komandalar futbolçuya "Neftçi"dəki məvacibini ödəmək iqtidarında deyillər. Bu üzdən "Bastiya"nın yetirməsi üçün mövsümün sonunda Azərbaycanda qalmaq ehtiyat variant olacaq.

Qeyd edək ki, Soni Mustivarın "Neftçi" ilə müqavilə müddəti mayın sonuna qədərdir.