12:52 09-05-2020
news_image
291
FUTBOL

Boşanmasına mane oldu - FOTOSESSİYA

"Fənərbaxça"nın müdafiəçisi Mauritsio İslanın şəxsi həyatı ilə bağlı maraqlı hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, çilili futbolçunun boşanmasına komanda yoldaşı Əmrə Belezoğlu son anda mane olub.

İslanın yanvarda evləndiyi Qala Kaldirolanın ölkəsində rəqs yarışına qatılmaq istəməsi cütlüyün arasında münasibətlərin soyumasına səbəb olub. Xanımının qızı ilə birlikdə Çiliyə yollanması 32 yaşlı cinah müdafiəçisini qəzəbləndirib. Lakin koronavirus pandemiyası yayılınca rəqs yarışı ləğv edilib.

Hərəkətinə görə peşman olan Kaldirola həyat yoldaşından üzr istəyib. O, İstanbula qayıtmaq istəsə də, yayılan virus səbəbindən sərhədlərin bağlı olması planlarına təsir edib. Lakin Kaldirolanın İstanbula gəlməsi üçün "Fənərbaxça"nın kapitanı Əmrə Beləzoğlu köməklik göstərib. Veteran oyunçu əvvəlcə İslanın xanımına Çilidən Frankfurta yollanması üçün bilet tapıb. Ardından Xarici İşlər Nazirliyindən icazə alaraq, onu şəxsi təyyarə ilə İstanbula gətizdirib. Kaldirola dərhal karantinə alınıb. Əmrə isə "Fənərbaxça" rəhbərliyindən icazə alaraq İslanın karantində olan həyat yoldaşı və qızı ilə qalmasına köməklik göstərib. Onun bu canfəşanlığı cütlüyün boşanmasının qarşısını alıb.

Qeyd edək ki, Mauritsio İsla 2017-ci ildən "Fənərbaxça"nın formasını geyinir.