13:13 09-05-2020
news_image
127
FUTBOL

"Real"ın transfer planını pozdu - koronavirus

"Real" "Renn"in yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer etməkdən vaz keçə bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyasının yaratdığı maliyyə problemi göstərilir.

Maddi cəhətdən problemlə üzləşən "kral klubu" ilkin razılığını aldığı Kamavinqanın keçidini bu yay reallaşdırmaya bilər. Klub rəhbərliyi hazırkı durumda onu almaq üçün maliyyə ayırmaq istəmir. Ancaq baş məşqçi Zinəddin Zidan Fransa millisinin üzvünün ən geci gələn il alınmasını tələb edib.

Qeyd edək ki, "Real"la "Renn" klubları Kamavinqa transferi üçün 60-65 milyon avroda ortaq məxrəcə gəlmişdilər.