22:38 09-05-2020
news_image
810
FUTBOL

"Portu" dağılmaq təhlükəsi ilə üz-üzə - koronavirusa görə

Koronavirus pandemiyası səbəbindən ciddi maliyyə problemi yaşayan "Portu" klubu iflas olmaq üzrədir.

Apasport.az saytının məlumatına görə, Portuqaliya təmsilçisi tarixinin ən ağır günlərini keçirir.

Avropa futboluna qazandırdığı futbolçularla böyük gəlirlər əldə edən "Portu"nun indi özünə təcili pul lazımdır. 250 milyon avro borcu olan klub iyunun 30-na qədər 100 milyon avroluq ödəmə etmək məcburiyyətindədir. Əks təqdirdə, klub dağılmaq təhlükəsi ilə üzləşə bilər.

Rəhbərlik bunun qarşısını almaq üçün təcili bir neçə futbolçunu satmağı planlaşdırır. Baş məşqçi Mendeş hətta bütün oyunçuların satılmasına razılıq verib. Əsas hədəf böyük klubların maraq dairəsində olan cinah müdafiəçisi Aleks Telleşi baha qiymətə satmaqdır.