22:44 09-05-2020
news_image
123
FUTBOL

Çempionluq görməyən "10-luq" - Premyer Liqada

İngiltərənin "Sky Sports" televiziya kanalı Premyer Liqa çempionluğunu qazana bilməyən ulduz futbolçuları sıralayıb.

Apasport.az saytının məlumatına görə, ilk pillədə "Vest Hem"in və İngiltərə millisinin sabiq müdafiəçisi Bobbi Mur qərarlaşıb.

"Liverpul"un əfsanəvi kapitanı Stiven Cerrard reytinqdə ikinci yeri tutub. "Tottenhem"in formasını geyinmiş Pol Qaskoyn üçüncü olub.

İlk "10-luq":
1. Bobbi Mur ("Vest Hem", "Fulhem")
2. Stiven Cerrard ("Liverpul")
3. Pol Qaskoyn ("Nyukasl", "Tottenhem", "Midlsbro", "Everton")
4. Jeff Hörst ("Vest Hem", Stok Siti")
5, Qari Lineker ("Lester", "Everton", "Tottenhem")
6. Cimmi Qrivz ("Çelsi", "Tottenhem", "Vest Hem")
7. Qlenn Hoddl ("Tottenhem", "Suindon", "Çelsi")
8. Ceymi Karrager ("Liverpul")
9. Canfranko Zola ("Çelsi")
10. Mett Le Tissye ("Sauthempton")