00:02 10-05-2020
news_image
156
FUTBOL

Ən yaxşı hücumçu və pleymeyker adına namizədlər - Liqa1-də

Koronavirus pandemiyası səbəbindən başa çatdırılan Fransa Liqa1-də mövsümün pleymeykeri və mərkəz hücumçusu adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, "L’Equipe" azarkeşlər arasında sorğuya başlayıb.

Ən yaxşı pleymeyker adına Aleksandr Qolovin ("Monako"), Kilian Mbappe (PSJ), Floran Molle ("Monpelye") və Dimitri Paye ("Marsel") iddia edirlər. Vissam Ben-Yedder ("Monako"), Kasper Dolberq ("Nitsa"), Mauro İkardi (PSJ) və ya Viktor Osimxen ("Lill") isə ən yaxşı hücumçu seçiləcək.

Qeyd edək ki, Liqa1-də PSJ çempion, onun futbolçusu Kilian Mbappe isə bombardir elan olunub.