23:13 09-05-2020
news_image
276
FUTBOL

"Yuventus" - "Lion" matçının vaxtı açıqlandı – ÇL-də

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Lion"la "Yuventus" arasında keçiriləcək cavab oyununun tarixi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu barədə Fransa klubunun prezidenti Jan-Mişel Olas deyib.

Onun sözlərinə görə, UEFA qarşılaşmanı avqustun 7-nə planlaşdırıb. Turində baş tutacaq matç boş tribunalar önündə keçiriləcək.

Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda "Lion" 1:0 hesablı qələbə qazanıb, cavab görüşü koronavirus pandemiyası səbəbindən təxirə salınıb.