23:56 09-05-2020
news_image
133
FUTBOL

Biri "çürük alma", biri "qorxaq" dedi - keçmiş komanda yoldaşları arasında gərginlik

"Yuventus"un kapitanı Corcio Kyellini ilə "Qalatasaray"ın sabiq futbolçusu Felipe Melo arasında "söz davası" yaşanıb.

Apasport.az saytının məlumatına görə, gərginliyin yaranmasına birincinin açıqlaması səbəb olub.

Kyellini vaxtilə "Yuventus"da komanda yoldaşı olmuş braziliyalının ünvanına xoşagəlməz sözlər işlədib. O, Melonu hətta Mario Balotellidən də pis adlandırıb: "Mədəniyyətsiz və hər şeyə qarşı olan insanlardan xoşum gəlmir. Melo ilə daim dava olurdu. Balotellidən də pis idi. Həqiqətən də betərin betəri idi. Məşqçilərə də dedim, o, aramızdakı "çürük alma" idi".

Melonun italiyalıya cavabı da özünü çox gözlətməyib. O, həmkarının qorxaq olduğunu söyləyib: "Mən Turində olarkən heç kimə qarşı hörmətsizlik etməmişəm. Bu dəqiqədən sonra Kyelliniyə hörmətim yoxdur, heç vaxt da olmayacaq. Kyellini hər zaman qorxaq olub. Bəlkə də, mənə qarşı kinlidir. Çünki "Qalatasaray"da olarkən onu sillələyib Çempionlar Liqasından kənara atmışam. "İnter"də olanda da onları bütün turnirlərdə üstələmişdik. Kyellini həmişə özünü əla insan kimi aparır".

Qeyd edək ki, Kyellini ilə Melo 2009-2011-ci illərdə "Yuventus"da çiyin-çiyinə oynayıb.