00:10 10-05-2020
news_image
317
FUTBOL

Keçmiş futbolçu sərbəst buraxıldı - həyat yoldaşına yaxınlaşa bilməz

Xorvatiya millisinin sabiq futbolçusu Oqnen Vukoyeviç sərbəst buraxılıb.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı keçmiş yarımmüdafiəçi bir neçə gün nəzarətdə saxlanıldıqdan sonra azadlığa çıxıb.

Onun dəmir barmaqlıqlar arasına düşməsinə səbəb sərxoş vəziyyətdə həyat yoldaşını və qohumlarını təhdid etməsi olub. Yerli prokurorluq hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, Vukoyeviç mayın 7-də sərxoş vəziyyətdə olarkən axşam saatlarında arvadını qorxudub: "Onun üzərinə qışqırıb, həmçinin qohumlarını təhdid edib. Zərərçəkən polisə zəng etmək istəyəndə əlindən telefonu alaraq onu itələyib. Şübhəli şəxsin bu davranışı həyat yoldaşına qorxu hissi yaradıb".

Vukoyeviç sərbəst buraxılsa da, həyat yoldaşına yaxınlaşmaq və onunla əlaqə saxlamaq qadağan edilib. Keçmiş futbolçu artıq yeni evə köçüb.