12:03 10-05-2020
news_image
199
FUTBOL

La Liqada daha 3 yoluxma - koronavirusa

İspaniya futbolunda koronavirus pandemiyasına növbəti yoluxma halları müşahidə olunub.

Apasport.az saytının məlumatına görə, "Betis" klubunun 3 futbolçusunda bu xəstəliyin əlamətləri aşkarlanıb.

La Liqa təmsilçisinin oyunçularının testinin cavabı müsbət çıxıb. Onlar dərhal karantinə alınıb və müalicəsinə başlanılıb. "Betis" rəhbərliyi məlumatı təsdiqləsə də, futbolçuların adlarını açıqlamayıb.

Qeyd edək ki, daha əvvəl İspaniya futbolunda 5 yoluxma olduğu açıqlanmışdı.