12:15 10-05-2020
news_image
250
FUTBOL

“Kəpəz”, “Turan” və “Qarabağ” “üçlük”də, “Neftçi”dən üç dəfə

Azərbaycan Premyer Liqasının cari mövsümündə qələbə seriyasını 15 oyuna çatdıran “Qarabağ” ölkə çempionatları tarixində 3-cü göstəriciyə imza atıb. 

Apasport.az saytının məlumatına görə, yarışın mütləq rekorduna 1997-98-ci illərdə “Kəpəz” imza atıb. 

Gəncə təmsilçisi ardıcıl 20 görüşdə qalib gəlib. İkinci yerdə 16 oyunda xal itkisi ilə üzləşməyən “Turan” qərarlaşıb.

Ümumiyyətlə, 9 dəfə komandalar 12 və ya daha çox oyunda qələbələri sıralayıb. “Neftçi” üç, digər klublar hərəyə bir belə seriyaya nail olub. “Ağ-qaralar”ın iki belə uğuru eyni mövsümə təsadüf edib. Startda 25 matçda 24 qələbə qazanan bakılılar 2 dəfə 12 oyunluq qalibiyyət seriyanı sıralayıb.

Azərbaycan çempionatlarında ən uzun qələbə seriyaları

1. “Kəpəz” (22.11.1997-19.09.1998) - 20

2. “Turan” (06.03.1994-18.09.1994) - 16

3. “Qarabağ” (15.03.2019-06.10.2019) - 15

4. “Şəmkir” (08.03.2001-22.09.2001) - 14

5-6. “Neftçi” (27.09.2003-11.09.2004) - 13

 “Xəzər Lənkəran” (27.04.2007-30.09.2007) - 13

7-9. “Neftçi” (08.05.1992-26.06.1992) - 12

“Neftçi” (05.07.1992-15.09.1992) - 12

“Xəzər” S (10.05.1992-10.07.1992) - 12