12:48 10-05-2020
news_image
241
FUTBOL

Ölümlə mübarizə aparır - italiyalı futbolçu

"Atalanta" klubunun futbolçusu Andrea Rinaldi ağır xəstəliyə yoluxub.

Apasport.az saytının məlumatına görə, 19 yaşlı oyunçu beyin anevrizmasından əziyyət çəkir.

Vareze şəhərində xəstəxanaya aparılan Rinaldi reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin son dərəcə ağır olduğu və ölümlə mübarizə apardığı açıqlanıb.

Qeyd edək ki, Rinaldi cari mövsümü icarə əsasında D seriyası təmsilçisi "Lenano"da keçirib.