13:29 10-05-2020
news_image
148
FUTBOL

3 aparıcı futbolçusunu satışa çıxarır - "Ayaks"

"Ayaks" 3 aparıcı futbolçusunu - qapıçı Andre Onana, müdafiəçi Nikolas Talyafiko və yarımmüdafiəçi Donni van de Beki transferə çıxaracaq.

Apasport.az saytının məlumatına görə, bunu Amsterdam klubunun baş direktoru Edvin van der Sar deyib.

Sabiq qapıçının sözlərinə görə, mövsümün sonunda adıçəkilən oyunçular üçün təklifləri nəzərdən keçirməyə hazırdırlar: "Ötən ilin yanvar ayında biz Onana, Talyafiko və van de Beklə daha bir mövsüm qalmaları ilə bağlı şifahi razılıq əldə etdik. Bundan sonra onların karyeralarında növbəti addımı atmağa kömək edəcəyik. Dəyişən bir şey yoxdur. Bu futbolçuların transfer qiymətində 50 faizlik endirim yoxdur. Klublar bunu unuda bilərlər".

Qeyd edək ki, Onana "Barselona" və "Çelsi"nin, van de Bek isə "Real", "Yuventus" və "Mançeser Yunayted"in maraq dairəsindədir.