13:39 10-05-2020
news_image
119
FUTBOL

Milli üzvü İtaliyaya qayıdır - "Roma" üçün

"Everton"un hücumçusu Moyze Kin ölkəsi İtaliyaya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, "Roma" gənc forvardın keçidində maraqlıdır.

Paytaxt təmsilçisi Kinin meneceri Mino Rayola ilə danışıqlara start verib. 20 yaşlı forvard özü də İtaliyaya qayıtmaq niyyətindədir. İtaliya millisinin üzvü "Everton"a ötən il 27,5 milyon avroya "Yuventus"dan keçib.

Qeyd edək ki, Moyze Kin cari mövsüm Premyer Liqada 23 matçda iştirak edib, 1 qol, 2 assistlə kifayətlənib.