14:01 10-05-2020
news_image
114
FUTBOL

Görüşmək, hakimə yaxınlaşmaq, topa əllə toxunmaq olmaz - Tibbi Heyətin şərtləri

Türkiyə Futbol Federasiyasının Tibbi Heyəti futbola dönüş üçün protokol hazırlayıb.

Apasport.az saytının məlumatına görə, müxtəlif maddələrin yer aldığı 48 səhifəlik protokolda tələblər klublara çatdırılıb.

Azarkeşsiz keçiriləcək Super Liqa və digər aşağı liqaların qarşılaşmaları üçün görüləcək tədbirlərin bəziləri mətbuata açıqlanıb. Koronavirus pandemiyasından qorunmaq üçün aşağıdakı tədbirlərə əməl etmək vacibdir.

- Oyundan əvvəl futbolçular əl-ələ görüşməyəcək və komandalar kollektiv şəkil çəkdirməyəcəklər.
- Matç zamanı qol sevinci zamanı texniki zonada bir araya gəlmək məsləhət deyil.
- Futbolçular və məşqçilər korpusu hakimə 2 metrdən artıq məsafədə yaxınlaşa bilməz.
- Ehtiyat oyunçular skamyası genişləndirilməli, futbolçular arasında məsafə olmalıdır.
- Harada olur-olsun, əlcəksiz təmas olarsa, top dezinfeksiya edilməlidir.
- Həm meydandakı, həm də ehtiyatdakı oyunçuların hamısının ayrı su qabı olacaq. Ehtiyatdakı futbolçular su qablarını özlərində saxlamalıdırlar.
- Atılan və artıq istifadə edilməyəcək əşyalar üçün ayı zibil qabı olmalıdır.
- Texniki zonada və meydanın kənarında hər 20 metrdən bir antiseptik olmalıdır.
- Texniki zonada olmayan klub işçilərinin həm görüşdən əvvəl, həm də sonra meydana çıxması məsləhət olunmur.
- Meydandan kənarda bütün işçilər sosial məsafəyə diqqət etməli və maska taxmalıdırlar.
- Fasilədə giriş-çıxış zamanı ən azı 2 metrlik məsafə qorunmalıdır. Buna matçdan sonra da əməl edilməlidir.
- Oyundan bir gün sonra stadion tamamilə dezinfeksiya olunmalıdır.

Qeyd edək ki, koronavirus infeksiyası səbəbindən dayandırılan Türkiyə Super Liqasında matçların iyunun 12-də bərpa edilməsi planlaşdırılır.