15:37 10-05-2020
news_image
665
FUTBOL

Keçmək istədiyi klubun adını açıqladı - Obameyanq

"Arsenal"ın hücumçusu Pyerr-Emerik Obameyanq oynamaq istədiyi klubun adını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, qabonlu forvard "Real"da oynamaq arzusunda olduğunu etiraf edib.

"Barselona"nın transfer gündəmində olan 30 yaşlı forvard "kral klubu"ndan təklif gözlədiyini gizlətməyib: "Real" ürəyimin komandasıdır. Babama söz vermişəm ki, bir gün bu klubda çıxış edəcəyəm. Ümid edirəm ki, bu baş verər".

Qeyd edək ki, Pyerr-Emerik Obameyanqın 2018-ci ildə keçdiyi "Arsenal"la müqavilə müddəti gələn ilin yayına qədərdir.