22:04 10-05-2020
news_image
225
FUTBOL

"Real"ın hücumçusu üçün mövsüm bitdi

"Real"ın hücumçusu Luka Yoviçin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, həkimlər futbolçunun nə zaman yaşıl meydanlara qayıda biləcəyini açıqlayıb.

Evində məşq zamanı zədələnən və sağ ayaq oynaq sınığı aşkarlanan 22 yaşlı forvardın 3 aylıq sıradan çıxdığı müəyyənləşib. Bu isə o deməkdir ki, koronavirus pandemiyası səbəbindən dayandırılan La Liqada mübarizə bərpa olunsa belə, Serbiya millisinin üzvü üçün mövsüm başa çatıb.

Qeyd edək ki, Luka Yoviç cari mövsüm 15 oyunda 2 qol vurub.