22:07 10-05-2020
news_image
182
FUTBOL

Növbəti koronavirus şübhəsi - Belarus futbolunda

Belarus futbolunda növbəti koronavirus pandemiyasına yoluxma müşahidə oluna bilər.

Apasport.az saytının məlumatına görə, "Minsk"in futbolçularından birində bu şübhə yaranıb.

Adı açıqlanmayan həmin oyunçunda koronavirus əlamətləri olduğundan, o, testdən keçirilib. Hazırda testin nəticəsi gözlənilir. Bu üzdən "Minsk" klubunun bu günə nəzərdə tutulan məşqi ləğv edilib.

İki gün öncə birinci liqanın "Qomel" - "Arsenal" qarşılaşması ikincilərin bir futbolçusunda koronavirus infeksiyası aşkar edildiyi üçün təxirə salınıb.

Qeyd edək ki, virusun yayılmasına baxmayaraq, Belarus Avropada çempionatı davam edən yeganə ölkədir.